Xarici ölkələrə sərfəli və rahat şəkildə səyahət etməyin ən effektiv yollarından biri tur şirkətlərinin təqdim etdiyi paketlərdən faydalanmaqdır. Bu cür paketlər adətən aviabilet, mehmanxana, transfer və bəzi hallarda ekskursiyaları da əhatə edir ki, bu da səyahətçilərə həm büdcəyə qənaət etməyə, həm də vaxt itkisini minimuma endirməyə imkan verir.
Operativ Media yaz-yaz aylarında vətəndaşlar arasında xarici səyahətlərə olan marağın hansı istiqamətlərdə daha çox cəmləndiyini araşdırıb.
Tur şirkətlərindən verilən məlumata görə, hazırda turizm şirkətləri tərəfindən ən çox sifariş olunan istiqamətlər arasında Türkiyə (Antalya və Bodrum), BƏƏ (Dubay), Yunanıstan (Krit Adası), Gürcüstan (Batumi) və İtaliya (Roma) kimi ölkələr ön plana çıxır.
Yuxarıda sadalanan istiqamətlər üzrə qiymətlər isə aşağıdakı kimidir:
Qeyd edək ki, qiymətlər tur şirkətlərinə görə dəyişə bilər. Nəzərdə tutulmuş qiymətə aviabilet, hotel, qidalanma, baqaj, transfer və səyahət sığortası daxildir.
Günay Nəcəfova