AZ

“Efirdə deyiləsi deyil” - Vəfa ilə Türkan arasında nə baş verib? - VİDEO

Müğənnilər Türkan Vəlizadə ilə Vəfa Şərifovanın küsülü olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkan “Həmin Zaur”da danışıb.

O, löhvədə şəkillərini sıraladığı xanım həmkarlarından yalnız Vəfa ilə danışmadığını deyib:
 

“Rəfiqə olduqlarına görə, ard-arda sıralayaq. Bu xanımlardan yalnız Vəfa Şərifova ilə danışmıram. Tamam fərqli mövzudur, efirdə deyiləsi deyil. O tərbiyənin sahibi deyiləm ki, efirdə deyim. Ömrümün sonuna qədər onu toya da, yasa da çağırmaram. Mən hörmətsizlik görəndə kinli insan oluram.


Efirə zəng etsə, “alo”nu sən deyəcəksən, sən danışacaqsan. Toyda gedirik, pulumuzu qazanırıq. Mən ikiüzlü insan deyiləm, atamın qızıyam, dediyim sözün də arxasındayam. O, mənə nə edə bilər ki? Elə şeylər var ki, onlar bağışlanası deyil. İnsan gərək o, səhvi etməsin”.

Sara, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr