AZ

Rafael Fiziyev: "Doğma ölkədə döyüşmək məsuliyyətlidir"

Doğma ölkədə döyüşmək məsuliyyətlidir...

"Report"un məlumatına görə, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.

Xüsusi sessiyaya qoşulan 32 yaşlı idmançı Bakıda mübarizə aparacağı üçün şad olduğunu bildirib:

"Hazırlıqlarım davam edir. Bir az əvvəl ağır məşqdən çıxmışam. Rəqibim çox güclüdür. Amma bu, məni çəkindirmir. Onun boyunun uca olmasına fikir vermirəm. O, mənim qarşımda imtahan verəcək. Ondan imtahan götürəcəyəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək.

Poliqon.info 

Seçilən
0
2
poliqon.info

4Mənbələr