“Barselona”nın və Braziliya millisinin vingeri Rafinyanın AVRO-2020-də çıxış etmək imkanı olub.
Msport.az xəbər verir ki, ulduz futbolçu həmin vaxt hələ Braziliya millisində debüt etməmişdi.
Bu da ona atasının xətti ilə İtaliya köklərindən istifadə edərək İtaliya millisində oynamaq hüququ verirdi: “İtaliya millisindən dəvət almağa çox yaxın idim. AVRO-2020-yə gedə bilərdim və həmin turniri onlar qazandılar. İtaliya millisindən nümayəndələr əlaqə saxlayırdılar, hətta Jorjinyo tez-tez mənimlə danışırdı. İtaliya yığmasında maraqlı bir layihə var idi, bu da məni cəlb etdi. Amma qəlbimin dərinliyində hələ də Braziliya yığmasında oynamaq arzusunu daşıyırdım. Xoşbəxtlikdən pasport almaqda gecikdim”.