
ABŞ-nin müdafiə naziri Pit Heqset dördulduzlu general və admiralların sayının ən azı 20% azaldılması barədə göstəriş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı müdafiə nazirinin imzaladığı sənədə istinadla məlumat yayıb.
Müdafiə naziri həmçinin Milli Qvardiya generalların sayının 20%, ordu və hərbi dəniz qüvvələri generallarıının isə 10% azaldılması barədə göstəriş verib.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər Birləşmiş Qərargah Rəisləri ilə razılaşdırılmaqla aparılan məsləhətçi prosesin nəticəsidir və potensial münaqişəyə hərbçilərin hazırlığını və effektivliyini maksimum dərəcədə artırmağa yönəlib.
Heqset həmçinin İkinci Dünya Müharibəsi zamanı Amerikanın 12 milyonluq silahlı qüvvələrinə dörd və beş ulduzlu 17 zabitin rəhbərlik etdiyini qeyd edib.
CNN-in məlumatına görə, hazırda ABŞ Silahlı Qüvvələrində dörd ulduz daşıyan 37 general və admiral var. Bir ulduz və daha yüksək rütbəsi olanların sayı isə 900-ə yaxındır. ABŞ-də hərbi qulluqçuların ümumi sayı isə 2,1 milyondur.