Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin və Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında Rusiya-İran əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya lideri Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.