"Aston Villa" - "Tottenhem" matçının vaxtı dəyişdirilib.
Premyer Liqanın 37-ci turu çərçivəsində keçiriləcək "Aston Villa" - "Tottenhem" matçı təxirə salınıb.
Operativ Media xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Matç mayın 16-da, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Oyun əvvəlcə mayın 18-nə təyin edilmişdi, lakin “Tottenhem” federasiyadan mayın 21-də baş tutacaq Avropa Liqasının finalında mümkün iştiraka görə görüşü təxirə salmağı xahiş edib.
Mayın 1-də londonlular Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə “Bodo-Qlimt”ə qalib gəlib (3:1). Cavab oyunu mayın 8-i cümə axşamı keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.