AZ

Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion VƏFAT ETDİ

Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Kiyev mütəşəkkil cinayətkar qrupunun keçmiş rəhbəri Viktor Avdışev vəfat edib.

Bizim.Media xəbər verir ki, 69 yaşlı Avdışev ürək çatışmazlığından dünyasını dəyişib.

O, 1978 və 1983-cü illərdə Dünya Çempionatının bürünc mükafatçısı olub.

1989-cu ildə Kiyev mütəşəkkil cinayətkar qrupuna rəhbərlik edib. 1995-ci ildə həbs olunsa da, o, Azərbaycana qaça bilib. Həmin il məhkəmə onu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verilib./lent.az

Bizim.Media

Seçilən
0
6
bizim.media

7Mənbələr