
Azərbaycanın dövlət sərhədində 4 sərhəd pozucusu saxlanılıb.
Reyting.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində saxlanılanlar 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullahdır.
Onların Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.