Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş milliləşdirilmiş legionerlərdən şikayətçi düşüb.
O, AFFA rəhbərliyi ilə görüşündə onlardan xeyli giley-güzar edib.
Portuqaliyalı mütəxəssis bu oyunçuların düşərgəyə, belə demək olarsa, könülsüz gəldiyini, şans qazandıqları halda, candərdi oynadıqlarını bildirib.
70 yaşlı çalışdırıcı deyib ki, həmin futbolçuları yalnız pul maraqlandırır, meydanda isə var qüvvələri ilə mbarizə aparmırlar.
Santuş komandanın Millətlər Liqasının C Liqasında uğursuz çıxışının və son iki yoxlama görüşündə uduzmasının səbəbləri qismində bunu da göstərib.
Baş məşqçi ən çox Aleksey İsayevin adını çəkib.
«Qarabağ»ın da formasını geyinən yarımmüdafiəçinin düşərgədə neqativ ab-hava yaratdığını, hər xırda söz-söhbəti şişirtdiyini və hər şeydən narazılıqla danışdığını vurğulayıb.
Sabiq «Beşiktaş»lı söyləyib ki, əgər onun seçim imkanı bir qədər geniş olsaydı, milliləşdirilən oyunçulardan kimsəni sərəncamına almazdı.
SPORTİNFO.AZ