AZ

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

Xarici ölkə vətəndaşı Azərbaycanda xəstəxanaya müraciət edib. Tibbi xidmətin dəyəri ödənilərkən o, ƏDV-nin qaytarılması hüququndan istifadə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği Azərbaycan Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya uyğun olaraq, geri qaytarılır.

Buna əsasən, xarici ölkə vətəndaşı olan əcnəbi şəxsin Azərbaycan Respublikasının ərazisində tibb müəssisələrindən alınmış tibbi xidmətlərə görə nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği həmin şəxs ölkə ərazisini tərk edərkən adıçəkilən Qaydanın tələblərinə müvafiq surətdə “taxfree” rejimində geri qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 165.3-cü maddəsi

Seçilən
0
2
fed.az

3Mənbələr