AZ

İran Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə müsbət prizmadan yanaşır – Nazir müavini

Bakı. Trend:

İran Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinəmüsbət prizmadan yanaşır və bu da əlaqələrin inkişafına öztöhfəsini verəcəkdir.

Bunu Trend-əaçıqlamasında İran xarici işlər nazirinin müavini və İranın Xariciİşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinindirektoru Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında münasibətlərinyeni səviyyəsinə start verilib. "Buna İran prezidenti MəsudPezeşkianın səfərində də şahidi olduq. İki ölkə münasibətlərdə yenisəhifənin açılmasının tərəfdarıdır", - o bildirib.

S.Xətibzadə qeyd edib ki, İran Azərbaycan və Ermənistan arasındaəldə olunacaq sülh anlaşmasından sonra regional əməkdaşlıqda yeniperspektivlərin açılacağına ümid edir.

"Regional əməkdaşlıq çərçivəsində İran və Azərbaycan arasındamünasibətlər özünəməxsus şəkildə inkişaf edəcək. Regional vəbeynəlxalq proseslər iki ölkə arasında müsbət mənada fərqlimünasibətlərin inkişafına imkan yarada bilər", - deyə o qeydedib.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr