TBİLİSİ, 6 may. TELEQRAF
Bu ilin birinci rübündə Gürcüstan 183,1 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edib.
Teleqraf-ın yerli bürosu bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına istinadla xəbər verir.
Hesabat dövründə tədarükün 100,647 milyon ABŞ dolları və yaxud 55%-i Rusiyanın, 82,401 milyon ABŞ dolları və yaxud 45%-isə Azərbaycanın payına düşüb.
İllik müqayisədə Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın dəyəri 12% azalıb, Rusiyadan idxal etdiyi təbii qazın dəyəri isə 10% artıb.