"Səbail" son turda çətin "Şamaxı" səfərində 1 xal qazansa da, futbolçuları çox üzgün idi.

Rekord.az xəbər verir ki, Premyer Liqada qalmaq baxımından komandaya son turlarda ancaq qələbə lazımdı.

"Səbal" isə "Araz Naxçıvan"ın ardından, "Şamaxı" ilə oyunda da üstün futbol oynayıb real qol epizodları əldə etsə də, bu imkanlardan istifadə edə bilmədi. "Səbail" futbolçuları da oyundan sonra məhz bunun üzüntüsünü yaşayırdılar. Təsadüfi deyil ki, onlar hakimin final fitindən sonra üzərində "Şamaxı"nın tərəfdaşlarından olan "Medsun Klinika"nın adı yazılmış reklam löhvəsini də təpiklə vurub aşırdılar.