Ermənistan vətəndaşlarının əksəriyyəti hesab edir ki, İrəvan Bakı ilə danışıqlarda Moskvanın vasitəçiliyindən imtina etməməli idi.
Publika.az xəbər verir ki, “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticcələri belədir.
Respondentlərdən Ermənistan rəhbərliyinin Rusiya vasitəçiliyindən imtina etməsinin Ermənistan-Azərbaycan danışıqlarına necə təsir göstərdiyi soruşulub.
10,7% bunu tamamilə müsbət, 19,1% kifayət qədər müsbət, 24,5% kifayət qədər mənfi, 36,1% isə tamamilə mənfi hesab edir.
"Yəni təxminən 60% Rusiyanın vasitəçi kimi geri çəkilməsinin danışıqlara mənfi təsir göstərdiyini bildirib", - nümayəndəliyin rəhbəri Aram Navasardyan mətbuat konfransı zamanı qeyd edib.