Demokrat.az xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında məsələyə sərt reaksiya verib:
“Bildiyim qədəri ilə həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-də yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-də hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.
ABŞ-də belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb”.
Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: “Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.
10Mənbələr
-
yenilik.az“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb” ( 17038925)
-
qlobal.netMəzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb - Hüquq müdafiəçisi ( 17037950)
-
azia.azMəzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb-HÜQUQ MÜDAFİƏÇİSİNDƏN ŞOK ( 17036654)
-
manset.az“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb” ( 17032298)
-
paytaxt.org“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb” ( 17031503)
-
sfera.az“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb” ( 17030771)
-
ucnoqta.azMəzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb - Novella Cəfəroğlu ( 17030651)
-
busaat.azNovella Cəfəroğludan Məzahir Pənahova – “Çox tərbiyəsiz oğul böyüdüb” ( 17030462)
-
tribunainfo.azMəzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb – Cəfəroğlu ( 17029940)
-
demokrat.az“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb” ( 17029760)