AZ

Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işğəncələrlə bağlı xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə Musavat.com-a danışıb.

“Bildiyim qədərilə, həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-da yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-da hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.

ABŞ-da belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətinə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb", - N.Cəfəroğlu deyib.

Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar:

Seçilən
0
17
publika.az

10Mənbələr