AZ

Rusiyalı qadın Bakıda döyüşmək istəyir

Rusiyalı qadın MMA döyüşçüsü Yana Santos (Kunitskaya) Bakıda keçiriləcək UFC turnirində iştirak etmək istəyir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə 36 yaşlı idmançı "Sport24.ru"ya müsahibəsində bildirib.

"Düzü, Rusiyada alınmasa, heç olmasa Azərbaycanda döyüşmək istərdim. Bakıdakı turnirdə mənim çəki dərəcəmdə iki qadın döyüşü var. Kimsə yarışdan çəkilsə, onu məmnuniyyətlə əvəz edərəm", - deyə Santos vurğulayıb.

Santos 24 MMA döyüşü keçirib və onlardan 16-da qalib gəlib. O, son olaraq mayın 4-də Mişa Teyti məğlub etməyi bacarıb.

Qeyd edək ki, Bakıda baş tutacaq UFC turniri iyunun 21-də təşkil olunacaq.

Seçilən
0
2
axar.az

3Mənbələr