AZ

Əməkdar artistlər Polad Həşimovun evində - Fotolar

Əməkdar artistlər Aybəniz Haşımova və Füzuli Hüseynov Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində qonaq olublar.

Yenisabah.az xəbər verir ki, generalın sağlığında böyük sevgi ilə dinlədiyi “Biri sənsən, biri mən” mahnısı bu dəfə onun doğma evində, anasının yanında səsləndirilib.

Bu haqda "Mənim oğlum qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanov məlumat verib.

A.Haşımova "Həyatımızın unudulmaz səhifələrindən biri oldu. Azərbaycanın fəxri, qəhrəmanı, uşaqdan böyüyə hər kəsin sevimlisi, Vətənimizin mərd generalı Polad Həşimovun ata evini ziyarət etdik. Onu dünyaya bəxş edən, mərdliyinin, böyüklüyünün mənbəyi olan Samaya anayla görüşmək bizə nəsib oldu. O müqəddəs qadının əllərindən öpdük, dəyərli söhbətləri ilə qəlbimiz işıqlandı. Bu müqəddəs görüşdə mənimlə bərabər Azərbaycanın görkəmli sənətkarı, sevilən aktyoru Füzuli Hüseynov da iştirak edirdi. Samaya anaya və ailəsinə sonsuz sevgi və ehtiramımızı çatdırdıq, gözəl, duyğulu anlar yaşadıq" deyə, təəssüratlarını bölüşüb.


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr