Türkiyəli məşhur müğənnni Soner Sarıkabadayı növbəti dəfə Azərbaycana gəlir.
“Cebheinfo.az” xəbər verir ki, sənətçi paytaxtımızdakı sevənləri ilə görüşəcək.
Müğənni Heydər Əliyev Sarayında konsert verəcək.18 mayda keçiriləcək konsert saat 20:00-da başlayacaq.Bilet qiymətləri isə 39 manatdan 139 manata qədərdir.Xatırladaq ki, Soner Sarıkabadayı 29 noyabrda da Bakıda konsert vermişdi. O zaman bilet qiymətləri 45 manatdan 200 manata qədər idi.