AZ

Kreml Qələbə Paradında iştirak edəcək qonaqların siyahısını açıqlayacaq

Kreml bu gün Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, müvafiq brifinqi Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov keçirəcək.

Qeyd edək ki, Qələbə Paradı mayın 9-da Qırmızı Meydanda keçiriləcək. Tədbirdə xarici qonaqlarla yanaşı xarici dövlətlərin hərbi kontingentləri də iştirak edəcək.

Seçilən
0
3
bakivaxti.az

4Mənbələr