ain.az bildirir, futbolpress-az portalına istinadən.
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında “Barselona”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımfinalın cavab görüşü haqda bunları deyib:
“Çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Komanda olaraq yaxşı performans göstərməliyik. Çempionlar Liqasında önəmli yol keçirik. Qarşımızda bir oyun və güclü rəqib var. Yüksək istəklə meydana çıxacağıq”.
“İnter” – “Barselona” oyunu saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 3:3.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.