AZ

Belarusun Baş naziri Zəfər parkını ziyarət edib » AzadMedia.az


Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarət edib.

Yüksək qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.
Seçilən
0
35
azadmedia.az

10Mənbələr