AZ

Media və Mülki Cəmiyyət İctimai Birliyi bu mövzuda yeni layihəyə start verdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda yeni layihəyə start verib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Bakı şəhərində həyata keçiriləcək və may ayının 1-dən iyulun 31-dək davam edəcək.

Layihə barədə məlumat verən təşkilat sədrinin sözlərinə görə, bu gün dünyada yaşayan 50 milyondan çox insan üçün Azərbaycan dili ana dili və ünsiyyət vasitəsidir. Azərbaycan dili dövlətçiliyimizin əsas atributlarından biri kimi mədəniyyətimizin və tarixi yaddaşımızın, eləcə də xalqımızın mədəni irsinin və mənəvi bağlarının qorunmasında mühüm rol oynayır. Ona görə də, Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi sadəcə vəzifə deyil, həm də hər bir vətəndaşın milli borcudur:“Həyata keçirdiyimiz bu layihənin də məqsədi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərin aşkar edilməsinə, həmçinin dilin qorunması və inkişafı üçün tövsiyələrin hazırlanmasına, dilin təbliği və düzgün istifadəsinin təşviqinə yönəlmiş tədbirlərin görülməsinə yardım etməkdir”-deyə X.Əhmədov bldirib.

Seçilən
0
4
aznews.az

5Mənbələr