AZ

Bu ərazi susuz qaldı

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.

News24.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yayıb.

Məlumata görə, hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidə təmir-bərpa işləri həyata keçirir.

İşlərin gün ərzində başa çatdırılması planlaşdırılır.


Seçilən
0
2
news24.az

3Mənbələr