Millimizin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” pley-offun yarımfinalında “Partizani” ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin 90 dəqiqə meydanda olduğu matç 0:0 hesabı ilə başa çatıb. Ev sahibi komanda bu nəticəylə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, “Eqnatiya” ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək.