AZ

Pentaqon ordudakı dördulduzlu generalların sayını 20 faiz azaldacaq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

ABŞ ordusunda ən yüksək hərbi rütbə olan dördulduzlu general və admiralların sayı 20 faiz azaldılacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ mediasının məlumatına görə, bu barədə müvafiq göstəriş müdafiə naziri Pit Heqset tərəfindən verilib.

Nazirin imzaladığı sənədə əsasən, ümumilikdə generalların və yüksəkrütbəli zabitlərin 10 faizi, Milli Qvardiya generallarının isə 20 faizi ixtisar ediləcək.

Xatırladaq ki, Pit Heqset Konqresdə müdafiə naziri vəzifəsinə təyinatını təsdiqləyən dinləmələr zamanı ABŞ ordusunda yüksəkrütbəli generalların sayının həddən artıq çox olduğunu iddia etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr