AZ

Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən 2025-ci ilin aprel ayında 96 əcnəbi vətəndaş ölkədən deportasiya olunub. Bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, Miqrasiya İdarəsi nazirliyin digər struktur bölmələri ilə birgə ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni davam etdirir. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan əcnəbilərdən bir qismi Gürcüstanı könüllü şəkildə tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb.

Deportasiya olunan şəxslərin bir müddət ölkəyə daxil olması da qanunla qadağan edilib.

Gürcüstandan çıxarılan əcnəbilər arasında Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Slovakiya, Qazaxıstan və Azərbaycan vətəndaşları da var.

Qeyd edək ki, Gürcüstan DİN-in Miqrasiya Departamenti ölkə ərazisində qanunsuz yaşayan əcnəbi vətəndaşların müəyyən olunması və onların ölkədən çıxarılması ilə bağlı səlahiyyətə malikdir.

MƏLUMAT YENİLƏNİR

Seçilən
0
2
report.az

3Mənbələr