Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Bildirilib ki, Simonyan sözügedən bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib:
"Maraqlıdır, Kopırkin Simonyana nə çatdırıb ki, onun son vaxtlar yumşaltdığı anti-Rusiya ritorikası sərtləşib. Görüşlə bağlı cüzi rəsmi məlumat var. Amma həmsöhbətlərin müzakirələrində ikitərəfli, eləcə də parlamentlərarası əlaqələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Rusiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən rəsmi səfəri də gündəmdə olub".
Xatırladaq ki, Matviyenkonun səfəri ötən ilin sonunda gözlənilsə də, naməlum səbəblərdən təxirə salınmışdı. Son məlumatlara görə, o, iyunda Ermənistana gələcək. (Globalinfo)