Öz praktikamda müşahidə etmişəm ki, süni qidalar qəbul edən körpələrdə allergiyalar, xroniki xəstəliklər daha çox olur.
Far.Az xəbər verir ki, bunu "Möcüzə qida - ana südü" mövzulu konfransında uzman pediatr Əkbər Quliyev bildirib.
O deyib ki, ana südü qəbul edən uşaqlarda bu göstərici çox aşağıdır:
"Ən azından 6 ay ana südü qəbulu vacibdir.
Çünki suni uşaq qidaları heyvan mənşəli südlərdən hazırlanır. Ana südü ilə müqayisədə xroniki xəstəliklərə yol açır."