AZ

Alimlər bunu da etdi: Dronla ildırım vurdular

Yapon alimləri ilk dəfə pilotsuz uçan aparat vasitəsilə ildırım vurmağa müvəffəq olublar.

Publika.az "Planet Today"ə istinadla xəbər verir ki, Yaponiyanın “Nippon Telegraph and Telephone Corporation” (NTT) telekommunikasiya şirkətinin əməkdaşları eksperiment apararkən xüsusi təchiz olunmuş PUA vasitəsilə ildırım vurmağa müvəffəq olublar.

Bildirilir ki, təcrübələr 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər Xirosimadan 63 mil şimalda yerləşən Hamada dağlıq bölgəsində aparılıb. Qarşıya iki əsas vəzifə qoyulub: pilotsuz təyyarəni güclü axından müdafiə etmək və ildırım vurmaq.

Qeyd olunur ki, birinci problem 150 kiloamperlik bir zərbəyə tab gətirmək üçün nəzərdə tutulmuş unikal ildırımdan mühafizə qəfəsinin yaradılması ilə həll edilib ki, bu da orta ildırım vurmasından beş dəfə güclüdür. Qəfəs dronun elektronikasını zədələnmədən qoruyaraq yükü bütün səthinə bərabər paylamaq üçün nəzərdə tutulub.

Seçilən
0
1
publika.az

2Mənbələr