Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev arasında narazılıq yaranıb.
Tribunainfo.az məlumat verir ki, komitə icra başçısının Bakıxanov qəsəbəsi ərazisində işinə əngəl olub. Artıq xeyli vaxtdır ki, komitə icra başçısının biznesinə daxil olan tikinti işini aparmağa icazə vermir. Hələ də sərəncam olmadığına görə, Sabunçu İH rəhbəri tikintiyə başlaya bilmir. Səbəb açıqlanmasa da, icra başçısı ciddi bir çətinliklə üzləşib.
Qeyd edək ki, Vəliyevin Sabunçu rayonunda əsas işi binalar tikməkdir.
Gülşən Rəsul
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.