AZ

“Çakır”ın arvadı yeni peşəsi və son halı ilə gündəmdə FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir dövrə damğasını vuran, məşhur “Kurtlar Vadisi” serialında Süleyman Çakırın həyat yoldaşı və Laz Ziyanın qızı Nesrin Çakır obrazı ilə yadda qalan aktrisa İpek Tenolcay bu dəfə sənətsevərlərin qarşısına rəssam kimi çıxıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, öz çəkdiyi rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirməyə başlayıb. Tenolcay “BLOOM” adlı qarışıq sərgi ilə sənət dünyasına ilk addımını atıb. Aktrisa təbiətdən, duyğulardan və şəxsi transformasiyasından ilham aldığı əsərlərini ARTİSART Qalereyasında 3 – 16 may 2025-ci il tarixlərində izləyicilərlə bölüşəcək. 

Tenolcayın əsərlərində sənətlə keçən bir ilin ardından yaşanan daxili dəyişimin izləri aydın görünür. Onun tuval üzərinə köçürdüyü hər bir detalda təbiətlə qurduğu bağ, duyğuların dərinliyi və özünü yenidən kəşf etmə prosesi ön plana çıxır. Bu sərgi sənətçinin ilk dəfə paylaşdığı bu daxili yolçuluğu vizual bir təcrübəyə çevirir. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr