AZ

Pakistan müharibə istəmir, amma buna hazırdır

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd BMT Təhlükəsizlik Şurasında Hindistanla Pakistan arasında münasibətlərin kəskinləşməsinə həsr olunmuş qapalı məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında belə deyib. “Biz Təhlükəsizlik Şurasının bütün üzvləri və İslamabadın özü tərəfindən də pislənilən 22 aprel terror aktına görə Hindistanın Pakistanı günahlandırmaq cəhdlərini qəti şəkildə rədd edirik. Hindistanın bəyanatları onun siyasi maraqlarına və strateji məqsədlərinə xidmət etmək üçün hazırlanmış əsassız, sübuta yetirilməmiş iddialardan başqa bir şey deyil”, - pakistanlı diplomat vurğulayıb. Asim İftixar Əhməd Pakistanın qarşıdurma istəmədiyini, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə tam hazır olduğunu bildirib. Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr