AZ

Rusiya bombardmançı təyyarələri Sibirə toplayır

Rusiya Tu-95MS döyüş təyyarələrini Sibirə aparır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə OSINT tədqiqatçısı MT Anderson peyk görüntülərinə istinadən məlumat yayıb.

“Şərqi Sibirdəki Belaya aviabazasında (məlumatlara görə, Ukraynaya zərbələr üçün istifadə olunur) Tu-95 strateji uzaqmənzilli bombardmançı təyyarələrin toplanması davam edir”, – o, X hesabında yazıb.

Tədqiqatçı qeyd edib ki, peyk görüntülərində 9 ədəd Tu-95 bombardmançısı əks olunub. Təyyarələrdən biri bu yaxınlarda oraya eniş edib.\\Axar.az

Seçilən
0
2
nocomment.az

3Mənbələr