Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Atatürk prospektində yaranmış mübahisə qanla nəticələnib.
Belə ki, dava zamanı 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata əsasən, onlardan biri, Eyyub Talıbov ürək nahiyəsindən bıçaqlanıb. O dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə dava ölümlə NƏTİCƏLƏNDİ
Hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Bizim.Media “unikal.az”a istinadən hadisə anının görüntülərini təqdim edir:
Bizim.Media