AZ

Britaniya Rusiyanın hücumuna hazırlaşır

Britaniya köhnə müdafiə planlarına yenidən baxaraq Rusiyanın mümkün hücumuna hazırlaşır. Xüsusilə raket və kiberhücumlar zamanı ölkənin müdafiəsi üçün strategiyaları ehtiva edən sənədlərüzərində iş gedir.

XəzərNews.az xəbər verir ki, bu barədə The Telegraf məlumat yayıb.

Britaniya Rusiyanın birbaşa hərbi hücumu təhlükəsi fonunda fövqəladə planlarını yeniləyir.

Teleqrafın mənbələri bildiriblər ki, hökumət rəsmilərə 2005-ci ildən bəri yenilənməmiş məxfi “milli müdafiə planı”nı nəzərdən keçirməyi əmr edib.

Sənəddə raket zərbələri, nüvə təhlükələri və ya irimiqyaslı kiberhücumlarla bağlı ssenarilər daxil olmaqla, hücumdan sonrakı ilk günlərdə hökumətin hərəkətləri göstərilir.

Məxfi plana hökumətin və kral ailəsinin bunkerlərə təxliyəsi, böhranlı yayımların koordinasiyası və kritik infrastrukturun - nəqliyyatdan kommunikasiyaya qədər davamlı fəaliyyətinin təmin edilməsi tədbirləri daxildir.

Bəzi nazirlər ölkənin müasir müharibəyə hazır olmasından narahat olduqlarını bildiriblər.

Xəbər 2 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr