"Azərbaycanın İrandakı səfirliyinə hücum kədərli hadisə idi".
"Cebheinfo.az" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə geniş istintaq aparıldı, təhqiqatlar getdi:
"Təbii ki, qərarın icrası üçün əvvəlcə məhkəmə başa çatmalı və verilən hökm əsasında icra həyata keçirilməlidir. Əminəm ki, yekunda ədalət yerini tapacaq".
"Cebheinfo.az"