ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 30-da saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar mayın 26-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.