AZ

Tarixi Zəngilər Dövlətindən Başlayan Zəngəzur

Elşən Mirişli

Gəncə şəhəri, tarixçi

Zəngəzur hazırda Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahaldı. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Megri (Mehri), Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi.Tarixi Azərbaycan torpağı ZəngəzurZəngilər Dövlətinin (1127-1250) adını torpağımızda daşıyan vətən torpağımızdır. Zəngəzur qəzası ərazisində yaşayan əhalinin mədəniyyət və məişətinin, adət və ənənələrinin təhlilinə diqqət yetirdikdə maraqlı faktlar aşkara çıxır. 1920-ci ildə rus və türk dilində Bakıda nəşr edilən (Azərbaycan Cümhuriyyətinin ünvan-Təqvimində) Adres-kalendarda Azərbaycan Cümhuriyyətinin torpaq mülkiyyətinin kateqoriya və qəzalar üzrə bölgüsü, habelə əhalisinin sayı göstərilmişdir.

Azərbaycan Cümhuriyyəti əhalisinin ümumi sayı.

1.Cəbrayıl qəzası 89. 164 nəfər,təsərrüfatı göstərilməyib.

2. Zəngəzur qəzası 224.197 nəfər, 2223 təsərrüfat.

3.Şuşa qəzası 144.876 nəfər, 3.685 təsərrüfat.

4.Gəncə quberniyası (cəmi) 1.115.179; 26 668 təsərrüfat.

5.Bakı,Gəncə quberniyaları Birlikdə 1.967.809 nəfər; 40.001 təsərrüfat.

Azərbaycan Cümhhuriyyətinin ərazisi.

1.Bakı quberniyası 39.075,15 kv. km.

2.Gəncə quberniyası 44.371,29 kv.km.

3.Zaqatala quberniyası 3.992,54 kv.km.

4.İrəvan quberniyası 9.858,69 kv. km.

Cəmi: 97.297,67 kv.km.

Geri qaytarılması nəzərdə tutulan işğaldakı vətən torpağı

5.İrəvan quberniyası 7.913,17 kv. km.

6.Tiflis quberniyası 3.685,13 kv.km.

Cəmi: 16.595,30 kv. km.

Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113.895,97 kv km.

1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvan da ermənilərin xeyrinə onlara güzəştə getməyə və Gümrüdən imtina ilə birlikdə yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanıması gələcək fəlakətlərimizinbaşlanğıcı oldu.Bu torpaq imtinasından sonra Azərbaycan Xalq Cümhuriyyəti nəzarət etdiyi və imtina etmədiyigələcəkdə geri qaytarılması nəzərdə tutulan torpaqlarla birlikdə 113,9 min kv km-lik ərazini əhatə edirdi.

Zəngəzur uğrunda mübarizə

1918-ci ildəZəngəzura ərazi iddiası edən ermənilərlə münasibətlər gərgin həddə çatmışdı.Osmanlı İmperatorluq ordusunun bölgəyə daxil olması ilə birlikdə bu münaqişə bir qədər səngidi. Sərdarabad savaşından sonra imzalanmış Batum sülh müqaviləsinə görə Ermənistan ərazisi 12.000 kv.km olaraq müəyyən edildi. Ermənistan rəsmi olaraq Qarabağ və Zəngəzura olan iddialarından əl çəkdi. Ermənistan Respublikasının Batumda Osmanlı Dövləti ilə imzaladığı müqaviləni tanımayan general Andranik Ozanyan 5 minlik dəstə ilə Zəngəzura gəldi.Zəngəzurda yerli erməni komitəsi Andranik hərəkatını dəstəkləyirdi. Andranik öz dəstəsi ilə Qacar Dövlətinin şimalında ingilis qüvvələri ilə birləşməyə çalışdı,ancaq Xoy yaxınlığında Osmanlı qoşununa məğlub oldu. Ardınca Naxçıvana geri çəkilən Andranikin dəstəsi güclü silahlı müqavimətə rast gəldi. Naxçıvanı ələ keçirməyin çətinliyini görən Andranik Zəngəzura geri döndü.Andranik və onun kimi digər bir erməni silahlı dəstə komandanı Qareqin Nijenin məqsədi Zəngəzuru “yenidən erməniləşdirmək” idi. Andranik və digərləri bu prosesi Azəraycan türklərinə qarşı etnik təmizləmə,on minlərlə insanı qovma və kəndləri yandırma ilə həyata keçirməkdə idilər.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Fövqəladə Tədqiqat Komissiyasının məlumatına görə, Andranikin dəstələrinin 1918-ci ilin yazında və payızında həyata keçirdikləri cəza tədbirləri zamanı təkcə Zəngəzur qəzasında 115müsəlman (Azərbaycan türkü) kəndi məhv edilmiş,10 mindən çox insan qətlə yetirilmiş, 50 minə yaxın insan isə qaçqın düşmüşdü.

Zəngəzurda Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasəti və onların yerinə erməniləri yerləşdirməsinə görə Osmanlı hökuməti Ermənistana nota verdi. Ermənistan hökuməti Andranikin hökumətə tabe olmadığını, rəsmi Ermənistanın Qarabağa və Zəngəzura heç bir iddiasının olmadığını bildirdi. Zəngəzurda həyata keçirilən qətliamdan sonra 1918-ci ilin oktyabrında Qarabağı ələ keçirmək üçün Şuşaya hücuma başladı.Andranik öz dəstəsini Gorus yaxınlığında cəmləşdirərək Şuşaya yönəlmişhərbi əməliyyatlara başlamışdı.Lakin buradan Şuşaya gedən yolZabuxdərəsi və Həkəri çayı boyunca yerləşən 20 kənddən ibarət dar vadidən keçirdi.Sultan bəyin dəstəsi bu yerləri yaxşı tanımaqda idi.29 noyabr 1918-ci ildə 3 günlük döyüşlər başladı.Döyüşlərin nəticəsində Andranikin dəstəsi ağır itkilər verərək bir neçə yüksəkliyi və kəndi ələ keçirə bildi.Bu kəndlərə Abdallar kəndi də daxil idi.Lakin qısa müddət sonra britaniyalı kapitan Skvir və fransız kapitan Gasfiled Şuşadan buraya gəldi.Onlar tərəfindən Andranikə verilən və general-leytenant Ser Vilyam Montqomery Tomson tərəfindən imzalanmış əmrdə bütün düşmənliklərə dərhal sonqoymaq və dərhal Gorusa dönmək əmr edildi.

1919-cu ilin yanvarında Britaniya komandanlığı Azərbaycan hökumətinin Xosrov bəy SultanovuZəngəzur və Qarabağın qubernatoru təyin etməsini təsdiqlədi.Bu da erməni tərəfinin etirazlarına yolaçddı və Azərbaycan tərəfinin buna cavabı onu izlədi.Britaniya tərəfi isə son qərar üçün Paris sülh konfransında veriləcək qərarı gözləməyin lazım olduğunu bildirdi.

22 martda Andranikin Zəngəzuru tərk etməsindən sonra Azərbaycan üçün regionun həssaslığı üzə çıxmağa başladı.Hər bir halda,hətta Andranikin Xüsusi Hücum Diviziyasının ayrılmasından da əvvəl Zəngəzurun Mərkəzi Milli Şurası- yəni ermənilərin idarəetmə orqanı İrəvan hökumətindən silah və sursat tələb etdi.Xosrov bəyin qubernator təyin edilməsindən sonra bu tələblər daha da intensivləşməyə başladı.Eyni zamanda bu şuraOvanes Kaçaznuni hökumətindən Zəngəzura müvəqqəti qubernator göndərməyi vəonu nizami ordu zabitlərindən təyin etməyi tələb edirdilər.Britaniya komandanlığının tələblərinə müqavimət göstərmək,hətta etiraz etmək üçün belə həddindən çox zəif olan erməni hökuməti yalnız polkovnik-leytenant Arsen Şahmazyanı müvəqqəti komissar olaraq göndərdi.Şahmazyana Zəngəzurun Ermənistana daxil olmasını asanlaşdırmaq tapşırılsa da,nə baş nazir Ovanes Kaçaznuni, nə də müavini Aleksandr Xatisyan onu təsdiqləmədi,bununla da Zəngəzur münaqişəsində fəal iştiraklarını inkar etdilər.

1919-cu ilin ilk aylarında britaniyalı zabitlər Zəngəzura təzyiq etməyə başladılar və Azərbaycan hakimiyyətinin müvəqqəti əsaslarla tanınmasını tələb etdilər.Aprelin sonunada Zəngəzur rəhbərliyini razı salmağın mümkün olmayacağı bəlli olanda general Şattlvort Xosrov bəy Sultanovun Zəngəzur qubernatoru kimi tanınmasını tələb etmək üçün şəxsən Gorusa getdi.Lakinbu hədəflərə çatmaqda uğursuzluqla üzləşən Şattlvort, Bakıya geri döndü.Bundan yalnız iki həftə sonra general Tomson iki britaniyalı bölməyə erməni təbliğatçıları həbs etmək barədə əmr göndərdi.Hər bir halda təhdidlər və ərazi bombardmanları effektiv olmadı və qorxu əvəzinə,erməni döyüşçüləri üçün sadəcə döyüş nümayişi təsiri bağışladı.Şattlvort Ermənistan hökumətini ikili oyun oynamaqda- Zəngəzur işlərinə qarışmaqda,eyni zamanda erməni agentlərini maliyyələşdirməkdə ittiham etdi. General Şattlvort sonuncu dəfə mayın 19-da bölgəni tərk etdi.Monk-Masonun cəhdləri də uğursuz oldu.

Nəticədə ingilislər Qarabağın Azərbaycanın tərkibinə daxil olması şərti ilə Zəngəzurda iki hakimyyətliyi status-kvonun qorunub saxlanmasını dəstəkləyərək taktikalarını dəyişdilər.Mayın 29-da 27-ci diviziyanın yeni komandanı general Kori Şattlvorta məlumat verdi ki,o, Azərbaycan hökumətinə onların Zəngəzurda öz administrasiyasını güc yolu ilə qurmaq cəhdini Kori (Corey) tərəfindən hərbi təcavüz kimi qiymətləndiriləcəyini açıq şəkildə bildirməlidir.O,Ermənistanın baş nazirinin müaini Xatisyana yazıb bildirmişdi ki,Azərbaycana erməni yerli hakimiyyət orqanlarının Zəngəzurda olması ilə barışmaq tapşırılmışdı.General Kori (Corey) bunu ermənilərə böyük güzəşt kimi qiymətləndirirdi.

1919-cu ilin 22 avqustunda Qarabağ Azərbaycana tabe etdirildi.Beləliklə , Tomsonun payızda Qarabağa doğru irəliləyən Andranikin hücumunu dayandırmasından sonra bu tərəfdə üstünlüyü əldə edən Azərbaycan buradakı münaqişədən qalib ayrılmışdı. Zəngəzurun şərq bölgələri,yəni müsəlmanların üstünlük təşkil etdiyi bölgələrdə Azərbaycan əsasən hakimiyyəti əlində saxlamaqda idi.Lakin Zəngəzurun yerdə qalan hissələri-Sisian,Gorus,Mehri və Qafan yerli erməni hakimiyyəti altında idi.Burada müsəlmanların üstünlük təşkil etdiyi düzən yerlər olan Bərgüşad və Oxuçay hövzəsi istisna təşkil edirdi.Beləliklə,Qarabağ,Muğan və Şərur-Naxçıvan uğrunda gedən mübarizə Azərbaycanın qələbəsi ilə nəticələnmiş,Zəngəzurun yerdə qalan hissəsini almaq üçün hazırlıqlar başlamışdı.Qarabağ üzərində hakimiyyət formalaşdırılmasındanheç bir həftə keçməmiş Müsavat Partiyası Başkanı Məmməd Əmin Rəsulzadə Qarabağın və Lənkəranın azad edilməsini və Naxçıvanlıların Azərbaycana birləşmək uğrunda mübarizəsini vurğulayaraq,Zəngəzurun azad edilməsinin və Culfaya yolun açılması vaxtının yetişdiyini bəyan edirdi.Oktyabrda Zəngəzur üzərində tam hakimiyyət qurmaq üçün Cavad bəy Şəxlinskinin komandanlığı altında I Piyada diviziyası və Davud bəy Yadigarovun komandanlığı altında II süvari alayı və artilleriya bölmələri formalaşdırıldı.

Dığ əməliyyatı. Bu tarixə “Dığ” əməliyyatı olaraq düşüb. Cavad Şıxlinskinin başçılığı ilə Azərbaycan ordusu hücum edərək Zəngəzuru azad etməli idi. 1919-cu ilin payızında Azərbaycan ordusu güclü bir əməliyyat hazırladı. Erməni ordusu Baş qərargahının kəşfiyyatı müəyyənləşdirdi ki, Azərbaycan ordusu iki cinahdan hücum edəcək. Onlardan birinə Cavad bəy Şıxlinski, digərinə isə Davud bəy Yadigarov başçılıq edirdi.1919-cu ilin yayında Andranik qoşunlarını Ermənistan hökumətinə təhvil verib Avropaya getmişdi. Andranikin yerinə Qareqin Nije gətirilmişdi. Ermənistan kəşfiyyatı müəyyən edir ki, Azərbaycan ordusunun cinahlarından birinə başçılıq edən şəxsin anası gürcüdür. Erməni kəşfiyyatı üzvləri Tiflisdə onun anası (Rusişvili) ilə görüşür və 200 min rubl pul təklif edir. Anası həmin şəxslərlə danışır və Azərbaycan ordusunun mövqelərinin yerini ermənilərə ötürür. Azərbaycan ordusundakı topların koordinatları bu qadın tərəfindən ermənilərə verilir. Nəticədə ermənilər əməliyyatdan əvvəl Azərbaycan ordusunun toplarını sıradan çıxara bilir. Həmin hərbi əməliyyatın hazırlanmasında hərbi nazir Səməd bəy Mehmandarov şəxsən iştirak edib və Bakıdakı hökumət üzvləri əmin idilər ki, bu əməliyyat uğurla başa çatacaq. Səməd bəy Mehmandarov general-mayor Davud bəy Yadigarovu geri çağırır,rütbəsini aşağı salır və istintaqın başlanması barədə göstəriş verir.

Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq cümhuriyyəti tərkibində13 yanvar 1919-cu ildə yaradılan Qarabağgeneral-qubernatorluğunu tanıdılar. Cavanşir qəzası, Cəbrayıl qəzası, Şuşa qəzası və Zəngəzur qəzası Qarabağ general-qubernatorluğuna tabe edildi. 29 yanvar 1919-cu ildən 27 aprel 1920-ci ilə qədər Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru olur.1 fevral 1919-cu il tarixindəmilliyətcə inquş olan rotmistr Quda Qudiyev Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun müavini təyin edilmişdir.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilənAzərbaycan Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilatlar bürolarının birgə iclasında qəbul etdiyi qərar ilə həll olundu. Zəngəzurun Ermənistana verilməsi Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü və qərarı ilə baş vermişdi. Nəriman Nərimanov 27 –ci Bakı Komissarı vəStepan Şaumyanın həyatda qalan sonuncu əlaltısı idi. XI Qızıl Ordu Azərbaycanı işğal edərkən Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda böyük roluna görə Azərbaycana vali qoyulmuşdu. Azərbaycan ərazisi Zəngəzurun verilməsi ilə Naxçıvanla quru bağlatısı kəsildi. Türkiyə ilə əlaqə çətinləşdi. 1944-cü ildə ermənilərin əraziyə ehtiyacı olduğunu bəhanə edib, 150 min Azərbaycan türkünün Ermənistandan köçürülməsinə qərar verilmişdir. Sürgün edilənlərdən çoxu Zəngəzurdan çıxarılmışdı. Sürgün yeri olaraq əvvəlcə Sibir düşünülsə də,sonra Stalinin Azərbaycanda olan cəlladı və qaniçəni Bağırovun hansı səbəbdənsə,insani hissləri güclü gəlmiş və köçürüləsi olan bu ərazilər Azərbaycanda Muğan düzü adlanan ərazidə yerləşdirilmişlər. Nikita Xruşov hakimiyyəti ələ aldəqdan sonra Mircəfər Bağırov güllələnmiş,açıq məhkəmə iclasında Stalin və Beriyanın əmri ilə 29 min Azərbaycan ziyalısını məhv etdiyini təsdiq etmişdir.

Xalqımızın tarixinin 1920-ci il 27 aprel işğalından sonrakı tarixinə nəzər yetirdikdəböyük torpaq itkisinə Azərbaycanın məruz qaldığıvə böyük fəlakətlərləüz-üzə qaldığı üzə çıxır. Necə olub ki,əhalinin əksəriyyəti Azərbaycan türkü olan və ərazisi Azərbaycanın tərkibində olan Zəngəzur qəzası Ermənistan SSR-ə daxil edilib, cümhuriyyətimizin torpaqlarının qalan hissəsi haraya birləşdirilib?

Zəngəzur qəzasının ərazisində otuzuncuillərdə yaradılmış üç rayondan Gorus istisna olmaqla ikisinin-Qafan vəSisyan əhalisinin 52-54 faizi (1959-cu ildə əhalinin siyahıya alınmasınadək) Azərbaycan türkü olmuşdur.

Qafan, Sisyan, Gorus,rayonlarının ümumi sahəsi 3816 kv.km-dir (1345,1719,752 km2 ), əhalisi 125 min 270 nəfərdir (58,5 min, 34 min 770, 32 min), rəqəmlər ErmənistanSovet Ensiklopediyasından götürülmüşdür).

Seçilən
0
1
turkustan.az

2Mənbələr