AZ

Naxçıvanda “Müasir metodist” layihəsinə start verilir

Naxçıvan, 6 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi “Müasir metodist” layihəsinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 6-dan Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ölkənin ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərdə tutulan “Müasir metodist” layihəsinin Naxçıvan Muxtar Respublikasında da tətbiqinə başlanılır. Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər pedoqoji təhsilə, ən azı 7 illik pedaqoji təcrübəyə, İKT bacarıqlarına malik, sertifikasiya balı 51 və ondan yuxarı olmalıdır.

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərində iştirak edəcəklər. Uğur qazanmış namizədlər metodik xidmətə cəlb olunacaqlar.

“Müasir metodist” layihəsinə qeydiyyat linkinə keçid etməklə mümkündür.

Qeydiyyat üçün son müraciət tarixi 1 iyun 2025-ci ildir.

Seçilən
0
3
azertag.az

4Mənbələr