AZ

Zeedorf: “Müasir futbolda yaradıcılıq azdır”

Niderland futbolunun əfsanəsi, keçmiş yarımmüdafiəçisi Klarens Zeedorf müasir futbol haqda fikrini bildirib.

Arena.az məlumat verir ki, Zeedorf bu barədə Rusiyanın “Çempionat” dərgisinin müxbiri Qriqori Telinqaterə müsahibəsində söhbət açıb:

– Biz bir müddət əvvəl Françesko Tottidən müsahibə almışdıq. O, başa düşməyə imkan verdi ki, texnologiyaların bol olduğu müasir futboldan məmnun deyil, texnikalı futbolçuları isə fiziki cəhətdən güclü futbolçular əvəz edirlər. Siz bununla nə dərəcədə razısınız?
– İndi futbolda yaradıcılıq həqiqətən azdır, amma texnologiyalara gəlincə, onlar dəstək qismində gərəklidirlər ki, oyunu yaxşılaşdırsınlar. Həmçinin bu texnologiyalar futbolu təhlil etməyə kömək edir, bütün dünyada oyunçuları tapmağa yardımçı olur. Buna rəğmən, özün də oyunu hesablaya bilməlisən, qərarlar qəbul etməli, rəqiblərini təəccübləndirməlisən. Texnologiyalar ümumilikdə faydalıdırlar, amma insan amilini də qəbul etmək vacibdir. Ona görə də biz, idmanın incəsənət olduğunu deyirik.

Seçilən
0
arena.az

1Mənbələr