Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-nin Prezidenti Donald Trampın administrasiyası ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstəyini davam etdirərək Almaniyanın yeni kansleri Fridrix Merzin mövqeyini zəiflətməkdədir.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun AfD-yə yönəlik simpatiyası Almaniyanın daxili siyasi balansına təsir göstərir. Trampın müttəfiqləri tərəfindən verilən bəyanatlar isə Berlinin narahatlığını artırıb. ABŞ dövlət katibi Marko Rubio AfD-nin ekstremist təşkilat kimi tanınmasına münasibət bildirərkən, Almaniyadakı demokratik institutları “maskalanmış tiranlıq” adlandırıb.
Almaniyanın Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsi isə mayın 2-də AfD-ni rəsmi olaraq ekstremist təşkilat kimi tanıyıb. Qurum partiyanı “əhalinin müəyyən qruplarını cəmiyyət həyatından kənarlaşdırmağa çalışmaqda” ittiham edib.
Transatlantik münasibətlər üzrə ekspert Dominik Tolksdorf bildirib ki, Trampın bu mövqeyi gələcəkdə ABŞ-Almaniya əlaqələrində yeni gərginlik mərhələsinə səbəb ola bilər: “Tramp administrasiyası istəsə, bu məsələni Almaniyaya qarşı təzyiq vasitəsinə çevirə bilər”.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.