Bakıda "Prius" "Kamaz"la toqquşdu - Ölən və yaralananlar var
Bakıda yük maşını ilə minik avtomobili toqquşub, sürücü ölüb, sərnişinlər ağır xəsarət alıb.
aia.az xəbər verir ki, hadisə mayın 3-ü saat 16:15-də qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində “Toyota Prius”un sürücüsü və həmin maşında olan sərnişinlər 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mayın 5-də isə C.Dəmirqayayev yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətdən müalicə olunduğu xəstəxanada ölüb.
Fakta görə mayın 5-də Bakı şəhər Qaradağ RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
aia.az