AZ

Millimizin rəqibi PSJ nin maraq dairəsində

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığmasının daha bir futbolçusu Avropa nəhənginin maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, PSJ İlya Zabarnı ilə maraqlanır.

“Bornmut”un 22 yaşlı mərkəz müdafiəçisi Fransa çempionunun heyətində Markinyosu əvəzləməlidir. Braziliyalının kapitanı olduğu komandanı yayda tərk edəcəyi gözlənilir. Parislilər Zabarnı ilə yanaşı, “Brügge”nin 21 yaşlı ekvadorlu futbolçusu Xoel Ordonyeslə də maraqlanır.

Qeyd edək ki, Zabarnının “Bornmut”la müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr