AZ

Baş nazir istefa verdi - Rumıniyada böhran

Avropa İttifaqının (Aİ) və NATO-nun üzvü olan Rumıniyada Aİ-yə qarşı çıxan George Simionun seçkilərinin birinci turunda qalib gəlib. 

News24.az xəbər verir ki, hakim koalisiyanın namizədi isə ikinci tura keçmək üçün Buxarest meri ilə şiddətli mübarizə aparsa da, seçkidən kənarda qalıb.

Ölkədə prezident seçkiləri ilə bağlı səs-küy davam edərkən, Aİ tərəfdarı baş nazir Marsel Ciolacu istefa verdiyini açıqlayıb.

57 yaşlı Marsel Ciolacu, Sosial Demokrat Partiyasının toplantısından sonra jurnalistlərə açıqlamasında "Partiya yoldaşlarıma koalisiyadan çıxmağı təklif etdim. Bu, dolayısı ilə baş nazir vəzifəsindən istefa verməyim deməkdir" deyib.

"Biz dünən (bazar günü) xalqın necə səs verdiyini gördük. Bu onu göstərir ki, ən azı indiki formada hakim koalisiya artıq heç bir legitimliyə malik deyil", - Ciolacu deyib.

O, partiyasının nazirlərinin hökumətdə müvəqqəti qalıb-qalmamağı koalisiya tərəfdaşları ilə birlikdə qiymətləndirəcəklərini söyləyib.

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr