“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo ölkəsi Braziliyaya qayıdır.
Msport.az xəbər verir ki, orta sahə oyunçusu mövsümün sonunda komandasını dəyişəcək.
33 yaşlı futbolçu “Flamenqo”nun formasını geyinəcək. Tərəflər müqavilənin detallarını razılaşdırıblar. Keçid reallaşarsa, Jorjinyo “Qarabağ”dan “Flamenqo”ya transfer edilən Juninyo Olavionun komanda yoldaşı olacaq.
Qeyd edək ki, Jorjinyo bu mövsüm “Arsenal”ın heyətində 26 oyunda 1 qol vurub. Onun londonlularla müqavilə müddəti yayda başa çatacaq.