AZ

İstanbulda dəhşətli qətl: keçmiş arvadını qaçırmaq istədi, müqavimət gördükdə isə... - FOTOLAR

İstanbulun Şişli rayonunda səhər Bakı vaxtilə 07.30-da işə gedən 34 yaşlı Bahar Aksu keçmiş əri və onun 3 dostu tərəfindən qaçırılmağa çalışılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, qadən keçmiş əri Rüstem Elibola rədd cavabı verib dirənəndə isə o, qəzəblənərək silahına sarılıb.

Məlumata görə, qadının qışqırıb kömək istəməsindən sonra Elibol tapançasını çıxararaq qaçmaq istəyən Bahara arxadan 6 güllə sıxıb. O, hadisə yerində ölüb: "Rüstem Elibol və 3 dostu isə hadisə yerindən qaçsalar da, onlar az sonra tutulublar..."

Firudin Səfərli
MİA.AZ

Seçilən
0
1
mia.az

2Mənbələr