AZ

Moskva istiqamətində uçan 19 PUA vurulub

Moskva

Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri müxtəlif istiqamətlərdən Moskva istiqamətində uçan 19 pilotsuz uçuş aparatını vurub.

Bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya uçan beş pilotsuz təyyarənin hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir", - o yazıb.

Paytaxt meri daha 14 PUA-nın məhv edilməsi barədə məlumat verib. Dronlardan biri Kaşirskoye şossesində qəzaya uğrayıb.

Cavid

Seçilən
0
1
xalqcebhesi.az

2Mənbələr