AZ

Arvadını xüsusi amansızlıqla bıçaqlayan şəxsə AĞIR CƏZA

Pravda.az saytına istinadən ain.az xəbər verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Eşqin Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 28 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Gədəbəy rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Eşqin Fərəcov qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş G.Xəlilovaya digər şəxsə borclu olduğunu və pula ehtiyacı yarandığını söyləyib. Qadın isə ona borc pul verə bilməyəcəyini söyləyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Nəticədə Eşqin G.Xəlilovanın uşaqlarının gözləri qarşısında ona mətbəx bıçağı ilə vuraraq xəsarət yetirib.

Hadisədən sonra Eşqin Fərəcov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr